Avstraliya və Yaponiya milyardlarla avroluq hərbi müqavilə imzaladılar

Avstraliya və Yaponiya milyardlarla avroluq hərbi müqavilə imzaladılar
18.04.2026 09:45 Dünya

Avstraliya Yaponiyadan altı milyard avroya hərbi gəmilərin alınması üçün müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Bildirilib ki, bu, Tokionun 2014-cü ildə hərbi ixrac qadağasını ləğv etməsindən bəri ən əhəmiyyətli hərbi müqaviləsidir.

Məlumata görə, saziş Yaponiyanın pasifizmdən uzaqlaşmaq və ABŞ xaricində digər ölkələrlə təhlükəsizlik əlaqələri yaratmaq istəyini əks etdirir.

Qeyd edək ki, "Mitsubishi Heavy Industries" şirkəti Avstraliya Kral Donanmasını 2029-cu ildən başlayaraq Yaponiyada inşa ediləcək üç təkmilləşdirilmiş "Mogami" sinifli çoxməqsədli freqatla təchiz edəcək. Avstraliyada daha səkkiz freqat inşa ediləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər