Avstraliya Ukraynaya yardım paketi göndərəcək

Avstraliya Ukraynaya yardım paketi göndərəcək
04.12.2025 17:21 Dünya

Avstraliya Ukraynaya 95 milyon Avstraliya dolları (təxminən 63 milyon ABŞ dolları) məbləğində yeni hərbi yardım paketi göndərəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Riçard Marles məlumat verib.

O bildirib ki, Avstraliya Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən bəzi yük gəmilərinə qarşı əlavə sanksiyalar tətbiq edir.

Yeni yardım paketinə NATO-nun PURL proqramı çərçivəsində kritik hərbi texnikanın alınmasına 33 milyon dollar, hava hücumundan müdafiə radarları, sursat, mühəndislik avadanlıqları və qabaqcıl PUA texnologiyaları üçün təxminən 30 milyon dollar daxildir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər