Avstraliya Fələstini tanıya bilər

Avstraliya Fələstini tanıya bilər
30.07.2025 17:57 Dünya

Avstraliyanın Baş naziri Entoni Albanez ölkəsinin Fələstin dövlətini tanıya biləcəyinə dair siqnal verib.

TodayPress TV xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Baş nazirin bu açıqlaması Avstraliyanın Türkiyə, 16 digər ölkə, eləcə də Avropa İttifaqı (Aİ) və Ərəb Liqasının yaydığı Nyu-York Bəyanatına imza atmasından sonra verilib.

Entoni Albanez bildirib ki, əgər iki dövlətli həllə töhfə verəcək uyğun şərtlər təmin olunarsa, Avstraliya Fələstin dövlətini tanıya bilər.

O, bu cür tanımanın yalnız bir dəfə edilə biləcəyini vurğulayıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər