Avropa “qapıları bağlayır”: Miqrant məsələsi canlarına “qorxu saldı” - VİDEO

Avropa “qapıları bağlayır”: Miqrant məsələsi canlarına “qorxu saldı” - VİDEO
01.08.2026 18:08 Dünya

İtaliya və Danimarkanın təşəbbüsü ilə Avropa İttifaqının 22 üzv ölkəsi xarici sərhədlərin gücləndirilməsi və qeyri-qanuni miqrasiyaya qarşı birgə tədbirlərin görülməsi çağırışı ilə çıxış edib.

TodayPress TV xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, imzalanan məktubda insan alverinə qarşı mübarizənin gücləndirilməsi, miqrantların geri qaytarılması mexanizmlərinin effektivliyinin artırılması və yeni qanunsuz miqrasiya axınlarını stimullaşdıra biləcək amillərin aradan qaldırılması tələb olunur.

Meloni İspaniyanın Seuta şəhərindən yayılan görüntülərin Avropanın qeyri-qanuni miqrasiya probleminə təcili reaksiya verməsinin vacibliyini bir daha göstərdiyini vurğulayıb.

Kübra Musayeva 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər