Avropa Moskvaya bunu etdi, 1 milyon rus Vyetnama töküldü

Avropa Moskvaya bunu etdi,  1 milyon rus Vyetnama töküldü
10.09.2026 12:21 Dünya

Rusiyalı turistlərin Avropaya səfərləri ilə bağlı məhdudiyyətlər fonunda Vyetnam Moskva üçün əsas turizm istiqamətlərindən birinə çevrilir.

TodayPress TV xəbər verir ki, 2026-cı ilin ilk dörd ayında Vyetnama 500 mindən çox rusiyalı turist səfər edib.

2025-ci ildə isə ölkəyə Rusiyadan 600 mindən çox turist gəlib. 

Rusiya Prezidenti Vladimir Putin isə Vyetnam vətəndaşları üçün də vizasız rejimin tətbiqinə hazırlaşdıqlarını açıqlayıb.

Putin bildirib ki, bu istiqamətdə işlər aparılır və rejimin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulur. 

Qeyd edək ki, Vyetnam hazırda Rusiya vətəndaşlarına 45 günədək vizasız giriş imkanı verir.

Bu rejim 2025-ci il martın 15-dən 2028-ci il martın 14-dək qüvvədədir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər