Avropa küləyi Moskva tərəfə əsir - Kiyevə dəstək “çat verdi”
Avropada Rusiyaya siyasi meylin gücləndiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Almaniya üçün Alternativ (AfD) partiyası Ukraynadakı münaqişəyə Moskva üçün daha əlverişli yanaşmanın tərəfdarı kimi çıxış edir.
Agentlik qeyd edir ki, bu tendensiya yalnız Almaniya ilə məhdudlaşmır. Fransada və İtaliyada da nüfuzlu populist siyasətçilər Kiyevə münasibətdə mövcud siyasətin dəyişdirilməsini, daha praqmatik və şərtsiz dəstəyə əsaslanmayan yanaşmanın tətbiqini təklif edirlər.
Kübra Musayeva