Artıq videooyunlar Fransada “mədəniyyət” sayılacaq

Artıq videooyunlar Fransada “mədəniyyət” sayılacaq
08.09.2026 02:56 Dünya

Fransa Prezidenti Emmanuel Makron videooyunların müasir dövrün əsas yaradıcılıq formalarından birinə çevrildiyini bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Makron qeyd edib ki, videooyunlar təsvir, ədəbiyyat, musiqi, dizayn və texnologiyanın kəsişməsində formalaşan böyük yaradıcılıq sahəsidir.

“Əminəm ki, videooyunlar mədəniyyətimizin bir hissəsidir və buna görə də kino və digər yaradıcılıq sahələrində olduğu kimi, Fransanın mədəni istisna siyasətinin bir hissəsinə çevrilməlidir”, – Fransa prezidenti deyib.

Onun sözlərinə görə, bu məqsədlə Fransada beynəlxalq videooyun festivalı yaradılacaq. Festivalın yaradıcılıq, innovasiya, oyunçular və sənaye nümayəndələrini bir araya gətirən böyük qlobal tədbir olması planlaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər