"Anthropic" Pentaqona qarşı məhkəmə iddiası qaldırdı
Dünya
10.03.2026 19:00
"Claude" neyron şəbəkəsinin yaradıcısı "Anthropic" ABŞ ordusunun onu milli təhlükəsizlik səbəbləri ilə qara siyahıya salmaq cəhdlərinə görə Pentaqona qarşı məhkəmə iddiası qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Şirkət bildirib ki, bu hərəkətlər görünməmiş və qanunsuzdur. Konstitusiya hökumətə şirkəti söz azadlığına görə cəzalandırmaq səlahiyyəti vermir.
Kaliforniyadakı federal məhkəməyə təqdim olunan iddia ərizəsində qara siyahıya alınmanın ləğvi və federal agentliklərin onu tətbiq etməsinin qadağan edilməsi tələb olunur.
"Anthropic" bildirir ki, süni intellekt texnologiyasının hərbi əməliyyatlarda və ya müşahidə məqsədilə istifadəsinə qarşıdır. ABŞ Hərbi Nazirliyi isə şirkətə texnologiyanın döyüşdə istifadə olunacağı barədə məlumat verməyib. Şirkət bu barədə şikayət etdikdə, ordu "təmiz" süni intellektdən istifadəni tələb edib.
Türkan İsgəndərli
tag: Anthropic,Pentaqon,Məhkəmə,Süni intellekt,Todaypress.tv,
