Antalyada meşə yanğını yaşayış məntəqələrinə çatdı: Sakinlər təxliyə edilir - VİDEO

Antalyada meşə yanğını yaşayış məntəqələrinə çatdı: Sakinlər təxliyə edilir - VİDEO
08.09.2026 19:13 Dünya

Antalyada meşə yanğını səbəbindən 720 nəfər və 250-dən çox təsərrüfat təxliyə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Söhbət Antalyanın şimal hissəsində yerləşən Aksu rayonunun kənd ərazilərindən gedir.

Meşə yanğını təxminən bir sutkadır tüğyan edir. Alovla mübarizə həm havadan, həm də qurudan aparılır.

Faciələrin qarşısını almaq üçün dörd məhəllədən yerli sakinlər təxliyə edilib. Ümumilikdə 254 yaşayış tikilisi təxliyə olunub. Bəzi tikililərin yandığı barədə məlumatlar var.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər