Antalya narıncı rəngə büründü
Şimali Afrikadan gələn qum fırtınası Türkiyənin kurort bölgəsi olan Antalyanı narıncı-qırmızı rəngə boyayıb.
TodayPress TV "Antalya hakkinda" portalına istinadən xəbər verir ki, güclü toz fırtınası əyaləti tamamilə əhatə edib və səmanın rəngini dəyişdirib.
Qeyd olunur ki, Liviyada və yaxın regionlarda qalxan qum kütlələri cənub küləkləri vasitəsilə Aralıq dənizini keçərək Türkiyənin cənubuna çatıb. Ən nəzərəçarpan təsir Alanya və Antalya şəhərlərində müşahidə olunur.
Günəş işığının sınması nəticəsində səma qeyri-adi qırmızı-narıncı rəng alıb.