Ankara metrosunda tüstülənmə oldu

Ankara metrosunda tüstülənmə oldu
26.10.2025 07:28 Dünya

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Demetevler metrostansiyasında tüstülənmə olub.

TodayPress TV-nin ”TRT Haber"ə istinadən məlumatına görə, hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım maşınları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Metrostansiyadakı sərnişinlər təxliyə edilib, onların arasında xəsarətə alanların və ya tüstüdən təsirlənənlərin olmadığı bildirilib.

Hadisənin baş vermə səbəbinin araşdırılması üçün stansiyaya girişlər dayandırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər