Amerikada qadınlar çimərlikdə naməlum kəllə tapdılar
Dünya
27.04.2026 18:15
ABŞ-da qadınlar çimərlikdə naməlum dəniz canlısına aid nəhəng kəllə tapıblar.
TodayPress TV "Jam Press"ə istinadən xəbər verir ki, hadisə Kaliforniya sahillərində baş verib.
35 yaşlı Veronika Teylor və 42 yaşlı Fortune Çavoya gəzinti zamanı sahildə qəribə bir obyektə rast gəliblər. Əvvəlcə bunun quma basdırılmış iri ağac parçası olduğunu düşünsələr də, yaxınlaşdıqda onun sümük olduğunu anlayıblar.
Qadınlar belə böyük ölçüdə bir kəlləni əvvəllər görmədiklərini bildiriblər. Onların ehtimalına görə, tapıntı balina kimi iri dəniz canlısına məxsus ola bilər. Lakin bu fikir hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib.
Bir neçə gün sonra həmin ərazidə nəhəng qabırğa sümüyü də aşkarlanıb. Tapıntıları aşkar edən şəxslər bu sümüklərin bir-biri ilə əlaqəli olduğunu düşünürlər.
Qeyd edək ki, daha əvvəl də oxşar hadisə qeydə alınmışdı: 2024-cü ildə Şimali Karolina sahillərində nəhəng məməliyə aid kəllə tapılmışdı. Həmin canlının təxminən 40 ton çəkidə və 18 metr uzunluğunda olduğu ehtimal edilirdi.
Jalə Rövşən
tag: Koliforniya ,Kəllə sümüyü ,Qadın ,ABŞ ,Todaypress.tv,
