Alyans Rusiya-NATO Şurasını ləğv edəcək
Dünya
03.12.2025 23:30
"Rusiya–NATO Şurası ləğv ediləcək"
TodayPress TV-nin məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə bildirib.
"Rəsmi qərarlardan biri kimi baş katibin bəyanatını qeyd etmək istəyirəm: Rusiya–NATO Şurası artıq mövcud deyil. Rusiya–NATO Şurası və Rusiya–NATO Əsasnamə Aktı artıq yoxdur", – deyə Sikorski "TVP Info" telekanalının canlı yayımladığı mətbuat konfransında vurğulayıb.
Rusiya ilə NATO arasında münasibətlər 1990-cı illərin əvvəllərində qurulub. 1997-ci ildə tərəflər Əsasnamə Aktını imzalayaraq bir-birlərini rəqib kimi görmədiklərini təsdiqləyib və məsləhətləşmələr üçün mexanizm yaradıb. 2002-ci ildə isə Rusiya–NATO Şurası formalaşdırılıb.
2014-cü ilə qədər Rusiya və NATO terrorizmə, narkotik qaçaqmalçılığına və dəniz quldurluğuna qarşı əməkdaşlıq edirdi. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra alyans bu əməkdaşlığı dondurdu.
tag: Rusiya, NATO, Polşa,Radoslav Sikorski, todaypress.tv,
