Altayda güclü zəlzələ baş verdi

Altayda güclü zəlzələ baş verdi
30.07.2025 11:56 Dünya

Bu gün səhər saatlarında Qərbi Sibirdə yerləşən Altay Respublikasında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb. 

Yeraltı təkanlar dağlıq ərazidə Gorno-Altaysk şəhəri yaxınlığında baş verib.

Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat verilməyib. 

Töhfə Səməd 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər