Almaniyada zəlzələ baş verdi, 20 kilometr ərazidə hiss edildi

Almaniyada zəlzələ baş verdi, 20 kilometr ərazidə hiss edildi
10.09.2026 20:47 Dünya

Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalts və Baden-Vürtemberq federal torpaqlarının sərhədində 3,3–3,4 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Potsdamdakı Helmholts adına Geoloji Tədqiqatlar Mərkəzi və Baden-Vürtemberq torpağının Seysmoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Vorms şəhərinin yaxınlığında yerləşib.

Seysmoloji Xidmətin məlumatına görə, yeraltı təkanlar episentrdən 20 kilometr radiusda hiss olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər