Almaniyada kişilər ordunun icazəsi olmadan ölkəni tərk edə bilməyəcəklər
Dünya
04.04.2026 08:45
Almaniyada yaşayan gənc kişilər artıq Almaniya Silahlı Qüvvələrinin xüsusi icazəsi olmadan ölkəni uzun müddətə tərk edə bilməyəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yanvarın 1-dən etibarən 17-45 yaş arası bütün kişilər Almaniyanı üç aydan çox müddətə tərk etməyi planlaşdırırlarsa Almaniya Silahlı Qüvvələrinin karyera mərkəzindən icazə almağa borcludurlar. Bu öhdəlik artıq yalnız gərginlik və ya müdafiə vəziyyəti yarandığı halda deyil, daimi olaraq qüvvədədir.
Qəzetin qeyd etdiyi kimi, dəyişiklik hərbi xidmətin modernləşdirilməsi haqqında qanun çərçivəsində demək olar ki, hiss olunmadan qüvvəyə minib.
Aysel Mətləb
tag: Almaniya,Kişilər,Ordu,İcazə,TodayPress TV,
