Almaniyada ELEKTRİK TERRORU ŞÜBHƏSİ: 21 partlayıcı ilə nə planlaşdırılırdı?

Almaniyada ELEKTRİK TERRORU ŞÜBHƏSİ: 21 partlayıcı ilə nə planlaşdırılırdı?
08.09.2026 02:03 Dünya

Almaniyanın Saksoniya əyalətində elektrik şəbəkəsinə qarşı mümkün sabotaj cəhdi ilə əlaqəli daha 9 kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanıb.

TodayPress TV “Tagesschau”ya istinadən xəbər verir ki, bununla da polis tərəfindən aşkarlanan belə qurğuların ümumi sayı 21-ə çatıb.

Partlayıcı qurğular Qrauştayn yarımstansiyasının cənubunda yerləşən yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında aşkar edilib. İstintaqın məlumatına görə, qurğular qısaqapanmaya səbəb olmaq və enerji infrastrukturuna zərər vurmaq məqsədi daşıyıb.

Polis qurğuları zərərsizləşdirib və elektrik enerjisinin təchizatında fasilənin qarşısı alınıb. Axtarış əməliyyatı cümə günündən bazar gününədək davam edib.

Qeyd olunur ki, oxşar sabotaj cəhdləri daha əvvəl Brandenburq və Şimali Reyn-Vestfaliya əyalətlərində də qeydə alınıb. Bu hadisələrlə əlaqəli məsuliyyəti üzərinə götürən bəyanatlardan birində Saksoniyada planlaşdırılan hücumlara dair məlumatların olduğu bildirilib.

İstintaq davam etdirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər