Almaniya müdafiə naziri: “Tramp Putinə təsirini səhv dəyərləndirib”

Almaniya müdafiə naziri: “Tramp Putinə təsirini səhv dəyərləndirib”
21.05.2025 10:57 Dünya

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə təsir imkanlarını düzgün qiymətləndirməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nazirin sözlərinə görə, Trampın Putinə zəng etməsi və tərəflər arasında baş tutan telefon danışığı Ukraynada atəşkəsin əldə olunmasına gətirib çıxarmayıb. Pistorius qeyd edib ki, bu, Trampın öz diplomatik mövqeyini real vəziyyətə uyğun qiymətləndirmədiyini göstərir.

“Güman edirəm ki, o, danışıqlardakı təsir imkanlarını düzgün dəyərləndirməyib” deyə Almaniya müdafiə naziri bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər