Almaniya hərbçiləri Qrenlandiyanı tərk etdi
Almaniya Silahlı Qüvvələri Qrenlandiyada missiya çərçivəsində üzərlərinə düşən tapşırıqları yerinə yetirdikdən sonra ərazini tərk edib.
TodayPress TV xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.
O, Danimarka tərəfi ilə əməkdaşlığı müsbət və konstruktiv qiymətləndirərək bildirib ki, əldə olunan nəticələrlə Almaniyaya qayıdacaqlar.
Daha əvvəl “Bild” qəzeti Bundesverin 15 hərbçidən ibarət qrupunun admiral Stefan Paulinin rəhbərliyi ilə Qrenlandiyanı təcili tərk etdiyini yazmışdı.