Almaniya fon der Lyayeni istefaya çağırdı

Almaniya  fon der Lyayeni istefaya çağırdı
30.07.2025 18:15 Dünya

Almaniyanın “Sahra Vaqenknext Birliyi – Ağıl və Ədalət naminə” (BSW) partiyasının lideri Sahra Vaqenknext Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin istefasını tələb edib. 

TodayPress TV xəbər verir ki, o, fon der Lyayenin ABŞ prezidenti Donald Trampla bağladığı ticarət sazişini “fəlakət” adlandırıb.

Siyasətçi bildirib ki, bu razılaşma Almaniyaya və Aİ-yə ciddi ziyan vuracaq və Almaniya hökuməti digər ölkələrlə birlikdə müqavilənin ləğvini və danışıqların yenidən başlanmasını tələb etməlidir.

Vaqenknext həmçinin Almaniyanı Rusiyadan neft və qaz idxalına qayıtmağa çağırıb. Onun fikrincə, bu, ölkə iqtisadiyyatını qorumağın yeganə düzgün yoludur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər