Almaniya dünya çempionatının boykotuna qarşıdır

Dünya

04.02.2026 13:20

Almaniya hökuməti 2026-cı il futbol üzrə dünya çempionatının mümkün boykotunu dəstəkləmir və bu mövqedən geri çəkilməyəcək.

TodayPress TV xəbər verir ki, bunu Almaniyanın idman və könüllülük məsələləri üzrə dövlət naziri Kristiane Şenderlyayn Süddeutsche "Zeitung" qəzetinə açıqlamasında deyib.

“Biz bunu dəstəkləmirik”, – deyə Şenderlyayn bildirib.

Nazir qeyd edib ki, bu mövqe Almaniya hökumətinin ABŞ-yə dair xarici siyasət xəttinə əsaslanır. O, həmçinin vurğulayıb ki, 2026-cı il dünya çempionatı yalnız ABŞ-də deyil, eyni zamanda Kanada və Meksika ərazilərində keçiriləcək və bu, mühüm amildir.

Qeyd edək ki, mediada Avropada futbol üzrə dünya çempionatı – 2026-nın boykot edilməsi məsələsinin müzakirə olunmağa başlandığına dair məlumatlar yayılıb.

Qiymət Mahir

tag: Almaniya ,ABŞ,Avropa,Futbol,Todaypress.tv,