Almaniya ABŞ-dən “canını qurtarıb”, Fransanın “tələsinə” düşmək istəmir
Almaniya Fransanın döyüş meydanında istifadə üçün hazırladığı Arcadia süni intellekt sisteminin ABŞ-dən asılılığı Fransa asılılığı ilə əvəzləməsindən ehtiyat edir.
TodayPress TV xəbər verir ki, Almaniyanın daxili sənədlərində “Arcadia” ilə əməkdaşlığın ölkənin məlumatların inteqrasiyası üçün suveren platforma yaratmaq səylərinə xələl gətirməməli olduğu qeyd olunur.
Almaniya və Fransa NATO-nun 2025-ci ildə aldığı Palantir şirkətinin Maven sisteminə alternativ yaratmaq istəyirlər. Lakin layihəyə kimin rəhbərlik edəcəyi məsələsində iki ölkə arasında razılıq əldə olunmayıb.
“Arcadia” Fransanın “Mistral AI”, “Safran”, “Thales” və “Airbus” şirkətlərinin müdafiə texnologiyalarına əsaslanır.
Avropa Komissiyası isə Fransanın layihənin maliyyələşdirilməsi ilə bağlı müraciətlərini rədd edib. Komissiya Arcadia-nın ümumi Avropa marağına xidmət edən layihə meyarlarına uyğun olmadığını bildirib.
Bu arada Almaniyanın öz məlumat platformasını gizli şəkildə hazırladığı bildirilir.
Kübra Musayeva