AKP: PKK-nın çəkilməsi “terrorsuz Türkiyə”nin başlanğıcıdır

AKP: PKK-nın çəkilməsi “terrorsuz Türkiyə”nin başlanğıcıdır
26.10.2025 12:45 Dünya

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik PKK-nın Türkiyədən çəkilməsinə münasibət bildirib.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, “terrordan azad Türkiyə” məqsədinə çatmaq üçün bu addımın mühüm əhəmiyyət daşıdığını deyib.

Çelik vurğulayıb ki, PKK-nın ölkə daxilində və bölgədə – xüsusilə İraq və Suriyada – silahlı və qanunsuz strukturlarının ləğvi prosesi davam etməlidir.

AKP sözçüsü əlavə edib ki, dövlət bu prosesi təxribatlardan qorumaqda qətiyyətlidir və “terrorsuz Türkiyə” hədəfi istiqamətində bütün dövlət qurumları birgə fəaliyyət göstərir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər