Aİ ölkələri enerji şirkətlərinə əlavə vergi tətbiqini istəyir
Dünya
04.04.2026 16:45
Aİ-nin beş ölkəsi enerji şirkətlərinin artıq mənfəətinə vergi tətbiqini təklif edib.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriyanın maliyyə nazirləri bildirib.
Nazirlər bu təşəbbüsü Aİ-nin iqlim üzrə komissarı Vopke Hukstraya ünvanladıqları məktubda irəli sürüblər.
Onların sözlərinə görə, bu addım enerji qiymətlərinin kəskin artımı fonunda bazarda yaranan disbalansı aradan qaldırmağa kömək edə bilər:
“Bu, həm də müharibədən qazanc əldə edənlərin geniş ictimaiyyətin üzərindəki maliyyə yükünü azaltmağa töhfə verməli olduğunu göstərən açıq siqnal olacaq”.
Nazirlər 2022-ci ildə tətbiq edilən fövqəladə vergiyə istinad edərək, Avropa Komissiyasını qısa müddətdə oxşar ümumavropa mexanizmi hazırlamağa çağırıblar.
Qiymət Mahir
tag: Aİ,Almaniya,İtaliya,İspaniya,TodayPress TV,
