Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırdı

Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırdı
20.05.2025 23:00 Dünya

Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nu maliyyələşdirəcək və “Aİ-yə qonşu regionlarda” yayımını dəstəkləmək üçün öz büdcəsindən 5,5 milyon avro ayırıb.

TodayPress TV "Report"a istinadən bildirir ki, bu barədə icmanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında açıqlayıb.

“Nazirlər “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşdılar”  o qeyd edib.

Onun sözlərinə görə, Aİ “Azadlıq Radiosu”nun Aİ-yə qonşu ölkələrdə, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini hədəfləyir.

“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə öz aralarında razılıq əldə etməlidirlər” Kallas əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mart ayının ortalarında Amerika hökumətinin Qlobal Media Agentliyinin (USAGM) və bir sıra digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalamışdı. USAGM o cümlədən “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media korporasiyasına nəzarət edirdi.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər