"Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı!
İran XİN rəhbəri Trampın təhdidlərinə cavab verib.
TodayPress TV xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirib.
“Qondarma “iqtisadi D-günü” Amerikanın öz problemlərindən – görünməmiş borc və artan faiz dərəcələrindən – diqqəti yayındırmaq cəhdidir. Səmərəsiz siyasətin gücləndirilməsi yalnız daha çox məğlubiyyətə və iranlıların düşmənçiliyinə səbəb olacaq. ABŞ-nin həyata keçirdiyi iqtisadi terror dünya iqtisadiyyatına və bütün dünyada suverenliyə təhlükə yaradır”, – deyə Əraqçi bildirib.
Qiymət Mahir