ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB

ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB
15.06.2026 21:50 Dünya

İsrailin Livandan geri çəkilməsinin hər hansı Anlaşma Memorandumunun tərkib hissəsi olmadığı bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ rəsmisi "Reuters" agentliyinə açıqlamasında bildirib.

Bu açıqlama İran mediasında yayılan məlumatlarla ziddiyyət təşkil edir. İran tərəfi İsrailin mümkün hücumunun qarşısını almaq üçün son anda müəyyən güzəştlərin edildiyini iddia etsə də, həmin güzəştlərin nədən ibarət olduğu hələ də aydın deyil.

İran yönümlü “Middle East Spectator” kanalı məsələ ilə bağlı suallar qaldıraraq bildirib ki, əgər Livandan çəkilmə razılaşmada yer almayıbsa, İran rəsmiləri bu barədə niyə fərqli məlumat veriblər? Kanal həmçinin İran mediasının reallıqla tam uyğun gəlməyən nikbin mesajlar yaydığına dair narahatlığını ifadə edib.

Mənbə hesab edir ki, yaranmış ziddiyyətlərə İran Xarici İşlər Nazirliyi rəsmi aydınlıq gətirməlidir.

21:26

İsrail rəhbərliyi ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma çərçivəsində Livandan qoşunların çıxarılması tələbini qəbul etməyib.

TodayPress TV xəbər verir ki, İsrail rəsmiləri ölkənin təhlükəsizlik maraqlarını əsas gətirərək Livanın cənubundakı mövqelərini tərk etməyəcəklərini bəyan ediblər. Müdafiə naziri İsrael Katz ordunun Livan, Suriya və Qəzzadakı mövqelərini qoruyacağını bildirib.  

KİV-in məlumatına görə, ABŞ-İran razılaşmasında Livanda hərbi əməliyyatların dayandırılması və İsrail qüvvələrinin geri çəkilməsi ilə bağlı müddəalar yer alsa da, Təl-Əviv bu şərtlərlə razılaşmır.  

İsrail tərəfi hesab edir ki, Hizbullahın tam şəkildə zərərsizləşdirilmədiyi şəraitdə Livandan geri çəkilmək ölkənin təhlükəsizliyi üçün risk yarada bilər.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər