ABŞ və İran Yaxın Şərqdə gərginliyin azaldılması üçün təmaslar qurur
Dünya
16.01.2026 16:45
ABŞ və İran hakimiyyətləri Yaxın Şərqdə, xüsusilə də Fars körfəzində gərginliyin azaldılması məqsədilə birbaşa təmaslar həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” region ölkələrinin hökumətlərinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonla Tehran arasındakı kommunikasiya İran hakimiyyətinə ABŞ Prezidenti Donald Trampı iğtişaş iştirakçılarının edam edilməyəcəyinə dair təminat verməyə imkan yaradıb. Bildirilib ki, yaxın günlərdə tərəflər arasında yeni təmaslar da mümkündür. Qəzet vurğulayıb ki, dialoq Rusiya və ya Oman kimi üçüncü ölkələrin vasitəçiliyi ilə təşkil oluna bilər.
Bildirilib ki, Misir, Qətər, Oman, Səudiyyə Ərəbistanı və Türkiyə Ağ evi İrana zərbə endirməkdən çəkinməyə çağırıb. Onların fikrincə, bu hadisə İranın qonşu ölkələrinə zərər vura və dünya üzrə neft və qaz qiymətlərinin artmasına səbəb ola bilər.
Qəzetə danışan ərəb ölkələrindən birinin rəsmisi bildirib ki, hazırda gərginlik azaldılıb və ABŞ hadisələrin necə inkişaf edəcəyini görmək üçün İrana vaxt verib.
Aysel Mətləb
tag: ABŞ ,İran,Yaxın Şərq,Əlaqə,Todaypress.tv,
