ABŞ və Ermənistan TRIPP təşəbbüsünü müzakirə etdi

Dünya

17.04.2026 12:13

ABŞ-nin Demokratiya, İnsan Hüquqları və Əmək üzrə Dövlət Katibinin köməkçisi Riley Barnes Vaşinqtonda Ermənistan Respublikasının səfirliyinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Arminfo" məlumat yayıb.

Qeyd edilib ki, onu Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtchyan qəbul edib.

Görüşdə müzakirə olunan əsas məsələlərə "TRIPP" marşrutu təşəbbüsünün həyata keçirilməsi, hibrid təhdidlərə qarşı mübarizə, dezinformasiyaya qarşı tədbirlər, dini etiqad azadlığı ilə bağlı məsələlər daxildir.

Səfir Narek Mkrtchyan ABŞ-nin Ermənistanda demokratik institutların gücləndirilməsinə verdiyi dəstəyin vacibliyini və bu dəstəyin davamlı olmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Hər iki tərəf qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Riley Barnes, Ermənistan,TRİPP,Todaypress.tv,