ABŞ və Çin arasında ilkin çərçivə razılaşması əldə olundu

ABŞ və Çin arasında ilkin çərçivə razılaşması əldə olundu
26.10.2025 21:16 Dünya

Malayziyada iki günlük danışıqlardan sonra ABŞ və Çin nümayəndə heyətləri gələn həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdəmüzakirə ediləcək problemlərin həlli üçün çərçivə hazırlaya biliblər. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib. 

Görüşün 30 oktyabrda Cənubi Koreyada baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində keçirilməsi planlaşdırılır. 

ABŞ maliyyə naziri əlavə edib ki, iki tərəf kənd təsərrüfatı məhsullarının alışı və nadir torpaq metallarına ixrac nəzarətinin təxirə salınması barədə razılığa gələ biliblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər