ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO
Amerika qüvvələrinə qarşı həyata keçirilən raket hücumu cəhdinə cavab olaraq İranda genişmiqyaslı hava zərbələri həyata keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) bildirib.
Məlumata görə, əməliyyat çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus onlarla hərbi obyekt, o cümlədən komanda məntəqələri, raket və pilotsuz uçuş aparatı (PUA) bazaları, Hərbi Dəniz Qüvvələrinin vasitələri, eləcə də sahil müdafiə sistemləri hədəfə alınıb.
CENTCOM əməliyyatın başa çatdığını açıqlayıb. Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı hələlik əlavə rəsmi məlumat verilməyib.
Jalə Rövşən