ABŞ Rusiya neftinə tətbiq edilən sanksiya istisnasının müddətini uzatdı

ABŞ Rusiya neftinə tətbiq edilən sanksiya istisnasının müddətini uzatdı
18.04.2026 09:55 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkələrə dənizdə olan Rusiya neftini və neft məhsullarını təxminən bir ay müddətinə almağa icazə verən xüsusi lisenziya təqdim edib.

TodayPress TV xəbər verir ki, sözügedən qərar, İran müharibəsi fonunda sürətlə yüksələn enerji xərclərini tənzimləməyə xidmət edir.

ABŞ Maliyyə Nazirliyi artıq dənizdə daşınma mərhələsində olan Rusiya neftinin alışına may ayının 16-dək icazə veriəcək. Bu isə aprelin 11-də başa çatmış ilkin 30 günlük güzəşt müddətinin uzadılması deməkdir.

Qeyd edək ki, sanksiya istisnasının uzadılması qərarı, ABŞ-nin maliyyə naziri Skott Bessentin mətbuat konfransında dənizdəki Rusiya neftinin satışına icazə verən müvəqqəti sanksiya güzəştinin uzadılmayacağını bildirməsindən cəmi iki gün sonra verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər