ABŞ qüvvələri 5 İran neft tankerini vurdu - VİDEO
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İrana məxsus beş xam neft tankerini məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, əməliyyat sentyabrın 8-də keçirilib. Buna səbəb İran İslam İnqilabı Keşikçiləri Korpusunun son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini iki dəfə ballistik raketlərlə hədəfə alması olub.
Məlumata görə, ABŞ döyüş gəmisi hər iki hücumdan yayına bilib və hazırda region sularında patrul xidmətini davam etdirir.
Hadisələr nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmadığı bildirilib.
Türkan İsgəndərli