Səbrsiz insanların doğulduğu aylar - Siz də siyahıdasınız?

Səbrsiz insanların doğulduğu aylar - Siz də siyahıdasınız?
18.09.2026 02:53 Maraqlı

Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun xarakter xüsusiyyətlərinə, o cümlədən səbirli və ya səbirsiz olmasına təsir göstərə bilər. Bu yanaşmaya əsasən, aprel, iyun, avqust və dekabr aylarında doğulan insanlar gözləməyi daha az sevir, istədiklərini tez əldə etməyə çalışır və mümkün qədər sürətli hərəkət etməyə üstünlük verirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “Parade” jurnalı yazıb.

Qeyd edək ki, astrologiya, numerologiya, tarot və digər oxşar praktikalar elmi metod hesab edilmir və onların insan xarakterinə təsiri elmi araşdırmalarla təsdiqlənməyib. Bu səbəbdən belə məlumatlar daha çox əyləncə xarakterli yanaşma kimi qəbul olunur.

Aprel

Apreldə doğulanların istədiklərini sonraya saxlamağı sevmədikləri və mümkün qədər tez hərəkətə keçməyə üstünlük verdikləri bildirilir. Onlar uyğun anı gözləməkdənsə, risk edib qarşılarına çıxan problemləri prosesin gedişində həll etməyə meylli hesab olunurlar.

Bu səbirsizlik gündəlik həyatda da özünü göstərə bilər. Məsələn, kiminsə sifarişi çox gec verməsi, görüş yeri seçməkdə ləngiməsi və ya sadə qərarı uzun müddət düşünməsi onları qıcıqlandıra bilər.

İyun

İyun ayında doğulanların uzun müddət gözləməyə çətinlik çəkdiyi iddia olunur. Onlar bir işlə məşğul olarkən artıq növbəti plan haqqında düşünə bilərlər. Buna görə də hərəkətsizlik və səbəbsiz gecikmələr onları tez bezdirə bilər.

Xüsusilə səfər, konsert və ya vacib telefon zəngi gözləyərkən səbirsizlik daha çox hiss oluna bilər. Onlar gözləmə müddətində başqa işlərə yönəlməyə, ünsiyyət qurmağa və daim hərəkətdə olmağa üstünlük verirlər.

Avqust

Avqustda doğulanların nə istədiklərini yaxşı bildikləri və qərar verdikdən sonra “bir az da gözləyək” tipli izahları sevmədikləri qeyd olunur. Onlar üçün əsas məsələ hərəkət və nəticəyə doğru irəliləyiş görməkdir.

Problemdən şikayət edib heç bir addım atmayan insanlarla qarşılaşdıqda isə səbrlərini tez itirə bilərlər. Belə vəziyyətdə avqust doğumlularının problemi müzakirə etməkdənsə, plan qurub hərəkətə keçməyə üstünlük verdiyi bildirilir.

Dekabr

Dekabrda doğulanlar isə uzun müddətdir gözlədikləri hadisələrin baş verməsini səbirsizliklə gözləyə bilərlər. Tətil, məclis və ya həyatdakı mühüm dəyişikliklər hələ bir qədər uzaqda olsa belə, onlara daha uzun görünə bilər.

Onların lazımsız qaydaları, gecikmələri və mürəkkəb prosesləri sevmədiyi, nəticəyə çatmaq üçün daha sadə yol axtardığı iddia olunur. Kimsə qərar verməyi çox uzatdıqda isə dekabr doğumlularının səbri tez tükənə bilər.

Astrologiyada bu aylarda doğulanlar müvafiq olaraq Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Oxatan və Oğlaq bürcləri ilə əlaqələndirilir. Bu bürclərə də qərarlılıq, hərəkətlilik, müstəqillik və məqsədyönlülük kimi xüsusiyyətlər aid edilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər