Supermarketdə gecə panikası: Zərbədən sonra güclü YANĞIN
Ukraynanın Zaporojye şəhərində ticarət obyektinə zərbə endirilib.
TodayPress TV xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının məlumatına görə, şəhərin sağ sahilində yerləşən supermarket zərbə nəticəsində zədələnib.
Hadisə yerində genişmiqyaslı yanğın baş verib. Hazırda zərbə nəticəsində xəsarət alanların olub-olmadığı dəqiqləşdirilir.
Kübra Musayeva