ABŞ-nin Hörmüz boğazı planı: 50 min əsgər bölgəyə cəlb edildi

ABŞ-nin Hörmüz boğazı planı: 50 min əsgər bölgəyə cəlb edildi
28.08.2026 08:14 Dünya

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper bildirib ki, ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlarda təxminən 50 min hərbçi iştirak edir.

TodayPress TV xəbər verir ki, Kuperin sözlərinə görə, hərbçilərin böyük hissəsi İranın dəniz blokadası ilə bağlı əməliyyatlara cəlb olunub.

Əməliyyatda 20-dən çox hərbi gəmi və yüzlərlə təyyarə iştirak edir. ABŞ hərbçiləri eyni zamanda Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyinə də dəstək göstərir.

Kuper daha əvvəl ABŞ-nin Hörmüz boğazını dəniz minalarından tamamilə təmizlədiyini açıqlayıb.

Lakin İran bu açıqlamanı rədd edib. İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi avqustun 26-da ABŞ-nin mina təmizləmə ilə bağlı bəyanatlarını “təbliğat yalanı” adlandırıb. Onun sözlərinə görə, ABŞ mina təmizləmə əməliyyatında iştirak etməyib və hələ də gəmilərin bu marşrutdan keçməsi mümkün deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər