ABŞ Maliyyə Nazirliyi Çinlə ticarət danışıqlarını qiymətləndirdi
Malayziyada ABŞ və Çin nümayəndə heyətləri arasında ticarət danışıqları yekunlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Agentlik ABŞ Maliyyə Nazirliyinin sözçüsündən sitat gətirib:
"Bugünkü danışıqlar yekunlaşıb. Onlar çox konstruktiv olub və biz onların bu səhər davam etdiriləcəyini gözləyirik".
Qeyd edək ki, şənbə günü Çin Mərkəzi Televiziyası Malayziyanın paytaxtı Kuala-Lumpurda Amerika və Çin nümayəndə heyətləri arasında ticarət danışıqlarının başlaması barədə məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp mövcud tariflərə əlavə olaraq, noyabrın 1-dən etibarən Çindən gələn bütün mallara 100% rüsumların tətbiq ediləcəyini açıqlamışdı.