ABŞ Livandakı səfirliyini bağladı
Livanın Beyrut şəhərindəki ABŞ səfirliyi Yaxın Şərqdə şiddətlənən münaqişə səbəbindən bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə diplomatik missiyanın “X”də dərc olunmuş bəyanatında yazılıb:
“Regionda davam edən gərgin vəziyyət səbəbindən ABŞ-nin Beyrutdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı olacaq”.
Məlumata görə, planlaşdırılmış bütün konsulluq görüşləri ləğv edilib.
Aysel Mətləb