ABŞ İspaniyadakı bazalardan istifadə edə bilər
ABŞ hərbçiləri Madridin narazılığına baxmayaraq, İrana qarşı əməliyyatda İspaniyadakı bazalardan istifadə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.
"İndi isə İspaniya faktiki olaraq bildirib ki, onların bazalarından istifadə edə bilmərik. Biz istəmirik. Əgər istəsəydik, onların bazasından istifadə edə bilərdik. Heç kim bizə heç nə deməyəcəkdi, amma bu bizə lazım da deyil", - Tramp deyib.