ABŞ İrana qarşı təzyiqi ARTIRDI - Daha iki sanksiya
ABŞ Maliyyə Nazirliyi İrana qarşı daha iki sanksiya elan edib.
TodayPress TV xəbər verir ki, sanksiyalardan biri İranın “Bank Melli”si ilə əlaqəli olduğu bildirilən şəxsə, digəri isə Honq-Konqda yerləşən şirkətə qarşı tətbiq olunub.
Sanksiyalar ABŞ Maliyyə naziri Skott Bessentin bu həftənin əvvəlində “İranın bütün dünyadakı maliyyə əlaqələrinə qarşı iqtisadi hücum”la hədələməsindən sonra tətbiq edilib.
Aysel Mətləb