ABŞ-İran müharibəsində kritik mərhələ başlayır - XƏBƏRDARLIQ

ABŞ-İran müharibəsində kritik mərhələ başlayır - XƏBƏRDARLIQ
16.09.2026 02:51 Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin yaxın aylarda yeni mərhələyə keçə biləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb.

Vens bildirib ki, ABŞ-İran qarşıdurmasında ilk mərhələ artıq başa çatıb. Onun sözlərinə görə, bu mərhələnin əsas məqsədi İranın nüvə proqramının, adi silah arsenalının və ölkə hüdudlarından kənarda hərbi güc tətbiq etmək imkanlarının məhv edilməsi olub.

ABŞ vitse-prezidenti qeyd edib ki, növbəti mərhələnin əsas məqsədi İranın sözügedən imkanları yenidən bərpa edə bilməməsinə zəmanət vermək və eyni zamanda qlobal sabitliyi qorumaqdır.

Vens münaqişənin bir neçə aydan sonra “tamamilə fərqli mərhələyə” keçə biləcəyini deyib. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərindən sonra münaqişənin səngiyə biləcəyi ilə bağlı fikirlərini dəstəkləyən mesaj kimi qiymətləndirilir.

Vens həmçinin bildirib ki, ABŞ hazırda hücum əməliyyatları həyata keçirmir. Onun sözlərinə görə, İranın kommersiya gəmilərinə qarşı davam edən hücumlarına baxmayaraq, Hörmüz boğazından gəmi keçidi adi trafik həcminin 50 faizindən xeyli yuxarı səviyyəyə yüksəlib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər