ABŞ Hörmüzdən “içəridə”, İran “çöldə” qaldı

ABŞ Hörmüzdən “içəridə”, İran “çöldə” qaldı
29.08.2026 20:35 Dünya

ABŞ administrasiyasının siyasi məsələlər üzrə müavini Stiven Miller İranla bağlı keçirilən əməliyyatın nəticələrini “misli görünməmiş” adlandırıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Jurnalistin sualını cavablandıran Miller bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrandakı islamçı terrorla mübarizə tarixində hər kəsdən daha böyük nəticə əldə edib.

O, iddia edib ki, Hörmüz boğazı ABŞ üçün açıq, İran üçün isə bağlıdır.

Millerin sözlərinə görə, İranın hərbi donanması və hava qüvvələri məhv edilib, radar sistemləri sıradan çıxarılıb, hərbi komandanlıq sistemi və ölkənin “terror rəhbərliyi” tamamilə aradan qaldırılıb.

ABŞ rəsmisi baş verənləri “müasir müharibələr tarixində ən böyük asimmetrik hərbi nailiyyət” kimi qiymətləndirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər