ABŞ Hindistana tətbiq etdiyi tarifləri açıqladı

ABŞ Hindistana tətbiq etdiyi tarifləri açıqladı
30.07.2025 16:53 Dünya

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Hindistana qarşı 25 faizlik idxal rüsumu tətbiq olunacağını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

Tramp bu qərarı Hindistanın yüksək tarifləri, ticarət maneələri və Rusiya ilə əməkdaşlığına cavab olaraq verdiyini bildirib. Yeni rüsumlar Hindistandan gələn bütün mallara şamil ediləcək.

ABŞ lideri əlavə edib ki, Vaşinqton illərdir Hindistanla az ticarət edib və bu, əsasən Dehlinin tətbiq etdiyi yüksək tariflər və ticarət məhdudiyyətləri ilə bağlıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər