ABŞ hərbçiləri İran bayraqlı neft tankerinə daxil oldu

Dünya

20.05.2026 23:53

ABŞ Dəniz Piyadaları Korpusunun hərbçiləri Amerikanın İrana tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd göstərməsi şübhəsi ilə "Celestial Sea" neft tankerinə daxil olublar.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Oman körfəzində ABŞ Dəniz Piyadaları Korpusunun 31-ci ekspedisiya dəstəsinin hərbçiləri Amerikanın blokadasını yarmağa cəhd göstərməkdə şübhəli bilinən və İran bayrağı altında üzən "Celestial Sea" kommersiya tankerinə daxil olublar. ABŞ Silahlı Qüvvələri gəmidə axtarış apardıqdan və heyətə kursu dəyişmək barədə göstəriş verdikdən sonra tankeri sərbəst buraxıb", - deyə bəyanatda bildirilib.

Komandanlığın iddialarına görə, ABŞ Silahlı Qüvvələri İranın bir aydan çoxdur davam edən dəniz blokadası müddətində ümumilikdə 91 kommersiya gəmisinin marşrutunu dəyişdirib.

TodayPress TV

tag: ABŞ,Celestial Sea,İran,CENTCOM,TodayPress TV,