ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək

ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək
15.06.2026 21:37 Dünya

Ermənistan iyunun 17-dən 25-nə qədər öz ərazisində ABŞ ilə birgə keçirdiyi "Eagle Partner" hərbi təlimlərini təşkil edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək.

Qeyd olunur ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının (250 iştirakçı), ABŞ-nin Avropa və Afrikadakı Ordusunun və Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransanın (24 iştirakçı) və Yunanıstanın (11 iştirakçı) hərbi qulluqçuları iştirak edəcəklər. Təlimlər zamanı sülhməramlı fəaliyyət üzrə tapşırıqlar işlənib hazırlanacaq və icra olunacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər