ABŞ G7-nin Ukraynaya dəstək bəyanatına qarşı çıxır

ABŞ G7-nin Ukraynaya dəstək bəyanatına qarşı çıxır
21.05.2025 09:50 Dünya

ABŞ Kanadada keçirilən G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən sonra yayımlanacaq yekun bəyanata Ukraynaya dəstək ilə bağlı müddəanın salınmasına qarşı çıxır.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazıb. 

Məlumata görə, Vaşinqton, həmçinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının sənədlərdə “qanunsuz” adlandırılmasına da etiraz edir.

Qeyd edək ki, G7 ölkələri arasında Ukrayna məsələsinə dair yanaşmalarda fərqliliklər mövcuddur və bu, birgə qərarların qəbulunu çətinləşdirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər