ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar

ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar
01.08.2026 21:46 Dünya

ABŞ avqustun 3-dən turist və biznes vizası üçün müraciət edən bəzi ölkələrin vətəndaşlarından 20 min dollara qədər viza təminatı tələb edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş məlumatında bildirilir.

Yeni qayda B-1 və B-2 kateqoriyalı vizalara müraciət edən şəxslərə şamil olunur. Konsulluq əməkdaşları ABŞ-da qalma qaydalarına riayət olunacağına və vizanın müddəti başa çatdıqda ölkənin vaxtında tərk ediləcəyinə zəmanət kimi depozit tələb edə bilərlər.

Qərarın hər bir müraciətçi üzrə fərdi qaydada qəbul ediləcəyi bildirilir.

Viza təminatının tətbiq oluna biləcəyi ölkələrin siyahısına 50 dövlət daxildir. Onların əksəriyyəti Afrika ölkələridir. Siyahıda Qırğızıstan, Tacikistan və digər dövlətlər də yer alıb.

Rusiya vətəndaşları isə siyahıya daxil edilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər