ABŞ-də benzinin qiyməti 4 dolları ötdü
Dünya
04.04.2026 21:10
ABŞ-də benzin qiymətləri son illərin ən yüksək səviyyələrindən birinə çatıb.
TodayPress TV-nin məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti dörd ildən sonra ilk dəfə olaraq qallon (1 qallon təxminən 3,8 litrə bərabərdir - red.) üçün 4 dollar həddini keçib.
Qiymət artımının əsas səbəblərindən biri kimi qlobal neft bazarındakı dalğalanmalar və Yaxın Şərqdə davam edən gərginlik göstərilir.
Bildirilir ki, xüsusilə ABŞ, İran və İsrail arasında artan qarşıdurma enerji bazarına mənfi təsir edərək qiymətləri yüksəldib.
Artım daha çox böyük və sahilyanı ştatlarda hiss olunur. Belə ki, Kaliforniyada benzinin qiyməti qallon üçün 5,90 dollar, Vaşinqtonda 5,10 dollar, Oreqonda 4,70 dollar, Nyu-Yorkda isə 4 dollar səviyyəsinə yüksəlib.
ABŞ-də benzin qiymətləri sonuncu dəfə 2022-ci ildə qallon üçün 5 dollar səviyyəsinə qədər yüksəlmişdi.
tag: ABŞ,İran, Benzin,Nyu-York,todaypress.tv,
