ABŞ Britaniyaya bir qrup bombardmançı təyyarə göndərdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsindən ibarət daha bir qrup İrandakı hədəflərə zərbələr endirmək üçün Böyük Britaniyadakı “Fairford” Hərbi Hava Qüvvələri bazasına çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.
Bildirilib ki, onlar hazırda on bir “B-1B Lancer” və üç “B-52H” Stratofortress təyyarəsindən ibarət Birləşmiş Krallıqda yerləşən ağır bombardmançı tapşırıq qrupuna qoşulublar.
Qeyd olunub ki, yeni qrupun gəlişi ilə ABŞ Hərbi Hava Qüvvələrinin bütün “B-1B Lancer” strateji bombardmançı təyyarələrinin təxminən 25%-i hazırda Böyük Britaniyada yerləşdirilib.
Aysel Mətləb