47 illik sanksiyalar, müharibə və yeni qərar: “Ciddisiniz?”

47 illik sanksiyalar, müharibə və yeni qərar: “Ciddisiniz?”
08.09.2026 22:48 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı siyasətini sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, Əraqçinin sözlərinə görə, ABŞ 47 illik sanksiyalardan sonra İsrailin adından İrana qarşı müharibəyə başlayıb. O bildirib ki, bunun nəticələri ABŞ üçün, o cümlədən ölkənin dünyadakı mövqeyi və nüfuzu baxımından “fəlakətli” olub.

Nazir qeyd edib ki, Vaşinqton sanksiyalar və müharibə yolu ilə məqsədlərinə nail ola bilmədikdən sonra indi “yenilikçi” həll yolu təklif edir – daha çox sanksiya.

“Ciddisiniz?” – deyə Əraqçi paylaşımında yazıb.

ABŞ isə son günlər İrana qarşı yeni sanksiyalar tətbiq etməklə təzyiqləri artırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər